28.11.2011

.Gecələrə.


Səhərləri ürəyində
 axsaq, qara it uluyur
Acıyıb yalnızlığıma
Kəsik quyruğun buluyur
Bu şəhərin gecələri

Zülməti köksümü
dağıdıb, çıxır.
allaha duamı 
tavana sıxır 
gözümdən kirpiyi
dizüstə yıxır
Bu şəhərin gecələri.
--
Taleyi səmirsiz
 önünə qatır,
  Döngəyə burdurur, 
 dalana atır.
Qarğış qorxusundan 
dilimdə yatır
Bu şəhərin gecələri.


Şeirdən, misradan 
inciyir, küsür
Kefli kölgəsinə 
qısılır, susur
İnsanın dərdini 
özündən asır
Bu şəhərin gecələri

1 комментарий:

DrHika комментирует...

Olduqca agressiv amma effektli sherdir. En chox diqqet cheken son benddir. Ayrica, sher geceler adlansa da, sanki geceleri yox, mene tanish olan, amma indi elchatmaz olan sheherin kucelerini tesvir edir. "geceler" adlanan sheirin "seherleri" sozu ile bashlamasi, mence ugurlu bir antiteza istidadesidi.
bir sozle, kontrast dolu sheire gore teshekkurler...