17.12.2011

Nöqtəli etiraf

Küçük İskəndər: “Amma ben bir gün soyunursam, tüm tarihim çıplak kalacak”. 

Ona görə də özüm haqda ordan-burdan, az-maz, ölçüsündə, qədərində.. 


       1) Mənə yaxşı pul versələr, bütün potensialımı ortaya qoyaram. Hələ ki, burda "təkər qaraldıram". 





      2) Ramin Hacılı məni “Alma” qəzetinə aparmasaydı, orada az-çox imzam tanınmasaydı, bu gün kənardan yəqin ki, bu qədər iş təklifi almazdım.

 3) “Alma” qəzetini Turxan Qarışqa və Samirə Nəcəf`ə görə alırdım. Məhz ikisinin yazılarını qəzetdən kəsib - albomum vardı, ora yapışdırırdım. Bir gün o albomu üzə çıxaracam. =) Turxanla Samirəni isə indi bu birləşdirir:
                                         




      4) “Dalğa”nın kreativ aksiyaları üçün darıxmışam. 




   5) Son iki ilə qədər insanlarla öz aramda elə bir sərhəd qoymuşdum ki, mənə Nöqtə xanım deyirdilər. Hərdən bu cür sərhədlər üçün burnumun ucu göynəyir. 

    6) 10 il əvvələ kimi sabun yeyirdim. Valideynlərim məni ənənəvi “üsulla” başa saldı. İndi çiy dolmaya keçmişəm. Çiy kələm də qarnı açır. Sınamışam.

    7) II sinifdə oxuyanda anamın batareyası qurtaran qızıl saatının xarab olduğunu düşünürdüm. 8 martda onu “təmir edib”, üstündən kamaz keçmiş vəziyyətdə kravatın altına atan və bunu bacımın elədiyini deyən MƏNƏM. 

  8) Yemək bişirə bilmirəm. Məktəb illərimdə bir orduya çatacaq düyünü qaynadıb, xiyarı soğanla qızardırdım. Sonra onları qarışdırırdım. Dadanda mənə elə gəlirdi ki, yemək alınmayıb. Özümü sındırmayıb bir boşqab yeyirdim. Amma hər dəfəsində qazandolu yeməyi kloka yığıb stenkanın dalında gizlədirdim. İyi evi basanda, anam tapırdı. Zamanla anladım ki, mətbəx mənlik deyil. 

  9) Yeniliyə açığam, tərbiyəsizliyə isə qarşı isə radikal konservativəm. Bu günə qədər mənəvi olaraq qazandığım hər bir dəyəri markezkimilərinə borcluyam. Əksər yeni nəşrlərsə “inqilab”a yaxın getmir, sadəcə “əyləndirir”. 

  10) Yaşıl olan hər şeyə qarşı sonsuz tolerantlığım var. 

 11) Rusdilli oğlanın "nətəəər ee. olammaaz!" deməsindən ötrü ölürəm. 

   12) Hal-hazırda, həyatımda çox şey sual altındadır. Elə nöqtə də. 

  13) Uğurlu qadının əri olmaq, necədir bilmirəm. Bax, uğurlu kişinin xanımı olmaq tamam başqa zövqdür. 

  14) Hiss edirəm ki, son aylarda barıtımı çox eləmişəm. Hər kəsin həddini bilməsi heç kimə ziyan vurmaz. Əksinə, xeyri dəyər. 

  15) Bədbəxtlik də orasındadır ki, məndə enerji daşır-tökülür, amma doğru yerə yönəltməyi hələ də öyrənə bilməmişəm.

  16) İstənilən siyasətçi ilə, siyasətçi olmağa cəhd edən və ya bunu ağlının ucundan keçirən insanla istənilən mövzuda söhbət aparanda, sən onun üçün "bişirdiyi" seçicisən. Mən də bir dəfə bu tələyə düşmüşəm. 

   17) 1 bakal piyvə məni aşırtsa da, 4 stəkan araq heç nə edə bilmir. 

   18) Yenidən yazmağa başlayanda ətrafımda olan hər kəsi və yaşanan hər şeyi xammal, ya da laboratoriya "siçanı" kimi görürdüm. Ki indi də elədir. 

  19) Dərdli kişi (özünü yazıq yerinə qoyan yox!) bir başqa dərindi, bir başqa gözəldi, cəlbedicidi niyəsə. 

  20) Ütülü paltar geyinə bilmirəm. Heyf deyil, paltar qırış-qırış olsun. Ütülü paltar geyinən oğlanlara da pis baxıram. 

   21) Bizdə istər 100 sistem dəyişsin, 100 adam gəlib başımızdan keçsin, gələn hər kəs öz "ətrafını" qabağa çəkəcək. Mən elə edəcəm, ən azı. Etməsəm, üzümə tüpürərlər. 

 22) İlk dəfə saqqız yerinə, köhnə radioların dördbucaqlı batareyaları olurdu ha, bax, onu çeynəməyə cəhd etmişəm. 

  23) İçib dava salan kişidənsə, içib yatan kişi yaxşıdı.

 24) Şparqalkanı imtahan vərəqəsinin arasında unudub nəzarətçiyə vermək kimi bir hal var haaa. Bax, o vəziyyət başıma gəlib. Dəhşətdi. Getsin, gəlməsin bir də :/ 

  25) Liftdə 9-u basıb 1-ə düşmək, 5-i basıb 8 -ə qalmaq – darıxmışam belə şey üçün. 

  26) Ağlıma gətirməzdim ki, nə vaxtsa dostlarıma "üzr istəyirəm", "xahiş edirəm", "zəhmət olmasa", "çox sağ ol" və bunlar kimi neçə-neçə "sərhədli" sözlərlə müraciət edəcəm. "Dostlar arasında bunlar olmamalıdır,axı", deyərdim. amma olurmuş. 

  27) "Hər şey"dən və "hamı"dan çox olanda, zibili çıxır. 

   28) Arzularımı da yorğanıma görə uzadıram. 

   29) Şorgözlük ciddi-ciddi hobbimə çevrilir. 

 30) Ağır - ciddi - sanballı- xasiyyəti tünd olan oğlanlardan xoşum gəlir :D 

  31) Bakı Slavyan Universitetinin qadınlardan ibarət yığma komandasında top rəqibdən out`a çıxdığı halda, onun dalınca qaçıb anidən divara girdim. Bu giriş futboldan çıxışıma səbəb oldu. 

  32) Şahruk Khanın dəlisiydim ki, indi də dəlisiyəm. Hesabını itirmişəm, neçə posteri, kasseti, mahnısı, şəkilləri var məndə. 

   33) Uzun müddət dərsə atamın corablarını geyinib getmişəm. Onun dəsmalları ilə burnumu silmişəm, onun ətirlərini vurmuşam. 

   34) Üzüyumşağam, nə qədər əclaf olur-olsun, heç kimə nifrət edə bilmirəm. Ən pis halda, o insana yazığım gələ bilər. Ona görə də kim istəsə, təpəmdə otura bilər. 

  35) Dostlarıma qarşı olan qısqanclığım sevgilimə qarşı olmaz yəqin. Onları paylaşmağı sevmirəm. 

   36) Acı bibərlə çay içməyi sevirəm. 

  37) “Kitab yazsam, kim oxuyar?” sualını tez-tez özümə verirəm. 


 38) Bu etirafı isə mənim yerimə çoxhörmətli, ümumrespublika şöhrətli xanım edəcək:


  39) O gün metroda stiker yapışdıranda, gözlərim yaşardı. Vətəndaş mövqeyindən nə qədər aralı düşmüşəmmiş. N!DA sağ olsun!
   40) 40 müqəddəs rəqəmdi. Ona görə də belə çox gülməli bir etirafla tamamlayım: Əbu Bəkr bağlanmazdan əvvəl, cümələri Qamətə qulaq asmağa gedirdim.

         



 P.S. Bu yaxınlarda, tədbirlərdən birində yaxşı mənada “bərkgedən” xanım, zalda yaxşı mənada “bərkgedənlər” deyil də, ictimai sektora yeni qoşulanları görüb: “Bu nədi, qıjılar yığışıb ki bura!” deməsini eşitdim. Nifrət edə bilmədiyim üçün, bir vaxt hörmət etdiyim bu xanıma indi yazığım gəlir. Qınından çıxıb qınını bəyənməmək bünövrəsi olmayıb, göydə asılı qalan 10-cu mərtəbə kimidir. Bu isə fantastikadır. Fantastika isə bir yerə qədər maraqlı olur. Sonra ürək bulandırır.

11 комментариев:

Анонимный комментирует...

O xanımın üzünə tüpürərdin gərək yüngülvari, tüpürmək üçün nifrət etmək lazım deyil ki. Fikirləşirəm ki, bəlkə də o xanım mənim də çox hörmət etdiyim hansısa bir insandır.

Nöqtə комментирует...

olur belə şeylər deyirəm. o yüz faiz bunu oxuyub və özünü tanıyıb. gerisi ona qalmış bir şey

0124753226 комментирует...
Этот комментарий был удален автором.
0124753226 комментирует...
Этот комментарий был удален автором.
Üç nöqtə(...) комментирует...

Etirafın adını yersiz çəkən bir insanın yanaqları qədər qızarmaq Günəşə də məxsus deyilmiş sadəcə və sənin etiraflarını oxuduqdan sonra, səni sevəcəyimi də bilmirdim. Bilsəydim, şair olmazdım... Ehhh...

Анонимный комментирует...

Hörmətli Nərmin Nöqtə,Sizin blogunuzu maraqla izləyirəm.Hörmətlə,Emin Vergül

Анонимный комментирует...

Mən də Sizin postlarınızı maraqla oxuyuram.Hörmətlə, Ramin Sual İşarəsi

Анонимный комментирует...

Noqte xanim , hansi yaziya baxiram 164 nefer bunu beyenir :)) bu fan qrupdu?:)))

Анонимный комментирует...

Əbu Bəkir məscidinə və Qamətə münasibətiniz niyə və necə dəyişdi?

Анонимный комментирует...

24) Şparqalkanı imtahan vərəqəsinin arasında unudub nəzarətçiyə vermək kimi bir hal var haaa. Bax, o vəziyyət başıma gəlib. Dəhşətdi. Getsin, gəlməsin bir də :/ - Bes radida dediz ki shparqalkadan istifade etmemisiz :D

Анонимный комментирует...

19 ve 30 :)

Hikmet Ehmedli