09.07.2014

HHC


Dünyanın düz vaxtında,
Dünəndən bu günə 365 gün keçəndə,
Çöldəki qışın soyuğunu,
İtin tələskənlikdən qar üstədolaşdırdığı izləri
Səsimdən dinləmək istədiyin şeiri -
Məsələn, bunu:


“Sevmek Nokta almaz Çocuklar.
Sevmeye nokta
koyan Sınıfta kalır.
Onun,
Virgülleri vardır Çocuklar.
Sevmek
noktalanmaz; O, noktadır”



İçəri keçirməyən iki pəncərə arasındakı boşluğa baxdın,
“Gedirəm” dedin, səndən əvvəl gözlərin və
İki barmağın arasında qıvrılan siqaret tüstüsü qalxdı
İzini dolaşdıra-dolaşdıra
İki pəncərə arasındakı boşluqdan qışa axdı.












3 комментария:

Abdullayeva комментирует...

Elə bilirdim buranı unutmusan və daha nöqtələrini düzməyəcəksən.. 2il aradan sonra.

Unknown комментирует...

elə bilirdim ki, daha bura heç kim baxmır :)

Abdullayeva комментирует...

Hələ də bir "heç kim" bura ara sıra baxır :)