19.03.2011

Milli "əcnəbi" yığmamız

     Bir topun arxasınca qaçan 22 kişidən yazmaq məsuliyyətli və təhlükəlidir. Hələ bu 22 kişinin yarısı əcnəbidirsə, vəziyyət daha da qəlizləşir. Əcnəbi oyunçuların – legionerlərin futbolumuza gəlişini alqışlamaq lazımdır. Ən azı, belə bir ölkənin mövcudluğundan, üstəlik, belə bir ölkədə “FUTBOL” adlı oyunun mövcudluğundan xəbərdar olurlar. Amma “sel özüylə zir-zibil gətirər”, deyiblər..
      Oxumuşdum ki, legionerlərin qeydiyyatına görə klublar AFFA-ya il ərzində ümumilikdə azı 2 milyon manat ödəyir. Aydın olur ki, yalnız meydançalarımızın qapısı deyil, kisəmizin ağzı da qonaqlarımızın üzünəmi deyim, əlinəmi deyim, axır ki, açıqdır. Deməli, baş məşqçilər “göy” kağızları xahiş-minnətlə icarəyə götürüb məşq etdikləri yaşıl meydançaların başına fırladıb düz mərkəzdən legionerlərin cibinə atırmış. Və deməli, restoranlarımızın “meydanı” həftə səkkizməndoqquz əcnəbiləri qarşılayıb yola saldığı kimi, futbol meydanlarımız da qonaqlı-qaralıymış. Əsas odur ki, qonaqlarımızın yanında üzümüz qara deyil. Üstəlik, onlar yad torpaqda, özgə meydanda tapdıqlarını deyil, umduqlarını “yeyir”.
     Legionerlərin yaşıl meydanlarımıza transferini birmənalı şəkildə qarşılamaq olmaz. Fatih Terim demiş, hələəyən Türkiyə futboluyla müqayisə olunmaq üçün Azərbaycan futbolunun inkişaf etməsinə azı 40 il lazımdır. Ona görə də ayrı-ayrı komandalara legionerlərin gəlməsini, bizim onlardan nələrisəənməyimizi “təqdirə” layiq bilirik. Bəs, heyətinə 15 əcnəbi oyunçunu qəbul edən “Xəzər-Lənkəran” kimi futbol komandaları yerli oyunçularımızı hara layiq bilir? – Ehtiyat oyunçular skamyasına! İgidə yaraşıq verən ehtiyatsa futbolumuzu irəli aparmaqdan daha da gerilədir. Üstəlik, 15 əcnəbi futbolçunun heç də hər biri əsas heyətdə çıxış etmir. Amma təyin olunmuş məvacibi vaxtında alır. Hələ mən yaşı 30-u keçən Artim Şakir kimi “yararsız” oyunçuların adını çəkmirəm. Bəlkə, Azərbaycan futbolu təqaüdə çıxan əcnəbi futbolçulara “atalıq” edir, xəbərimiz yoxdur? Avropaya tam çata bilm öyr
     Bir şeydən xəbərdarıq ki, bu gün “məqsədləri” yalnız özlərinə məlum olan AFFA və komanda rəhbərləri ağına-bozuna baxmadan, legionerləri içəri doldurur. Sirr deyil ki, legionerlərə xərclənən pul özünü doğrultmur. Azərbaycan futbolu yenə də biabırçı hesablarla azarkeşləri güldürür – özü də özümüzünkü ilə yox, özgənin ayaqları ilə. Məlumat üçün deyim ki, “Qarabağ” legionerlər bolluğunda boğulan komandalardan fərqli olaraq, əcnəbilərə az yer verir. Üstəlik, yerli oyunçuların çoxluğu ilə futbolumuzun inkişafı üçün kifayət qədər xeyirli iş görür. Valentin Xudokin deyirdi ki, əşşşşşi, futbolçularımız uduzsunlar da. Keyfiyyət Azərbaycan futbolçularını tərpətməz, qardaş. Əsas kəmiyyətdir. Görəcəklər ki, legionerlər çoxalır. Onlara çoxlu pul xərclənir, hər birinə göz üstündə yer edirlər, tezliklə təpəyə dırmaşmağa can atacaqlar və başlayacaqlar yaxşı oynamağa. Xudokin bunu mənim yanımda söyləsəydi, deyərdim ki, ay başına dönüm, mən bilən, futbolda hücum var, zərbə var. “Dırmaşaraq” oynamaq və qələbə qazanmaq ukraynasayağı üsuldursa, bunu da sizdən yeni öyrəndim. Heç olmasa, ukraynalı qonağımız “icadları”ndan nələrisə bizimlə bölüşür.

    Bax, məsələn, legionerlər barəsində hər kəs “Bakı”nın baş meneceri Zeynal Məmmədov kimi düşünsəydi vəəmizə gətirilməsini boş stadionları doldurmaq üçün əntiqə imkan olduğunu desəydi, vəziyyətimiz lap ağır id i. Yaxşı ki, AFFA fəaliyyəti müddətində ilk (red. son olduğunu təxmin edirəm) məntiqli qərarını qəbul etdi və legionerlərə görə ödəniləcək rüsumun məbləğini 5 min manatdan 20 min manata qaldırdı. Bilmirik, bu addım futbolumuzun əcnəbi ayaqlarıyla batan gününü qaldıracaq, ya yox. Əsası, ağ bayraq qaldırmayaq. Çünki futbol təslim olmağı sevmir.

                                                                                      MÜƏLLİF: NƏRMİN NÖQTƏ 

Комментариев нет: