Sən hərdən tanıdıqlarından qaçmaq istəmisən?
Sənə hərdən yaşadığın şəhər, ölkən, millətin, irqin biganə gəlib mi?
Dilini unudmaq istəmisən mi?
       Ailəm  Lhasa-da yaşayır. Mənsə Tibetin ən  zəngin bölgəsi olan Gangdisi dağının  şimalında, mənzərəsini çox  sevdiyim Yaluzangbu çayının aşağı  hissəsindəki Shannan bölgəsindənəm.  Bura ən qədim Tibet ənənələrini  pozmamış bir yerdi. Mən burda Tibetin  ilk məbədlərindən olan  Tangchangzhu məbədində işləyirdim. Amma daxili  səfərimi tamamlamaq üçün  köhnə Tufan İmperiyasının beşiyinə getmək  qərarı aldım.İndi Drepung məbədində işləyirəm. Günlük gətir-götür işləri. Yəni, o qədər də maraqlı deyil əslində. Burada min illik ömürə sahib heykəllərin tozunu alıram gündüzlər. Gecələrsə ibadət edirəm. Küləklə sevişən yarpağam mən, amma hələ budağımdayam. Bilirəm, ömrümün payızında qobup ən dərin köklərimdən, bədənimi buraxacam küləyin təslimiyyətinə.
Bu gün çox işləmişəm. Qəndillərin yağını dəyişmişəm. Sonra yanımdakı çaydanlardan onlara yak yağı tökmüşəm. İnsanların dualarına kömək edirəm mən. Hər səhər ən tezdən durub, Budaya salam verirəm və başlıyıram vəzifəmə. Məndən əvvəl milyonlarla mürid mənim etdiklərimi etmişdir. Bunların bir çoxu Ustalığa çatmışdır. Amma adlarının qalmağına icazə verməmişlər. O qədər eqosuz olmuşlar ki, bədənləri torpağa, ruhları göylərə qarışmışdır və bu xalis şüurun geridə qalması deməkdir.
Sadəcə, yazmaq istədim.
Tanımadığım bir şüurla danışmaq istədim.
İndi Gelug-pa meydanına getməliyəm. Manastırın bugünkü sadə alış-verişini etmək üçün sıra mənimdi.
Məktubun çatıb-çatmayacağını bilmək, boşluğa yazmaq kimidir.
Ən dərin sevgilərlə
Tibetli Rén de línghún
MÜƏLLİF: ƏLİ XƏYYAM
Комментариев нет:
Отправить комментарий