Dərdi anasının ondan gizlətdiyi və qonaqlar üçün saxladığı konfetlərin yerini tapmaq olan qızcığaz kimi ...
Allahı hərdən otağın sağ küncündə, hərdən tavanda, hərdən də səcdə etdiyi döşəmədə axtaran, onu tapmaq üçün sol tərəfinə baxmağı ağlına belə gətirməyən yeniyetmə kimi ...
Budaqlar arasında göydən yerə rişxəndlə baxan, payız qapısında gecələyəndə ayaq altında əzilən yarpaq kimi ...
Dar ağacında asılmazdan əvvəl “Son istəyin nədir?” sualına “faniliyə doğulduğumdan bu günə qədər bircə dəfə də olsun məndən istəklərim soruşulmayıb. “Ölümə doğulandamı bu məndən soruşulmalı?” deyərək, gülümsəyən, sualın cavabının “AZADLIQ!” olduğunu allahın qulağına pıçıldayan cani kimi...
Alacağı “ikilər”in, jurnala düşən qaiblərin bahasına olsa belə, xatirələrlə doldurduğu sevimli lövhəsinə arxa çevirə bilməyən tələbə kimi...
Görüş yeri 4 divar olan - hər gecə sərxoş kölgəsi ona barmaqlıqları xatırladan güzgülərlə qucaqlaşan aşiq kimi...
Ölümə aparan ümidinin əlindən bərk-bərk yapışıb uçurumdan yuvarlanmağa məhkum olduğu sanan, anidən qarşısına çıxan və içindəki uçuruma yuvarlanan arabanı saxlayan körpə təbəssümü kimi...
Qocalığını uşaqkən, körpəliyini gəncliyində, gəncliyini yaşlananda yaşayan qarışıq, dolanbaclı biri kimi...
..belə bir şeydir qadın olmaq..
.. “həmişəyaşıl” ağaclar kimi dəyişməz, sabit olduğunu sanan.. O isə dəyişməkdən, mövsümlərdən qorxan..
.. anasının dəmir qazana daş atıb qarışdırdığını, dadlı yemək qoxusunun gəlməsini saatlarla gözləyən.. O isə anasını uzun illər əvvəl dayanmadan, yorulmadan uçan kəpənəyə bənzədən, bu günsə onun gözlərindəki qırıq xəyallı əksini qurudub kitab arasında saxlayan..
.. “mənim bu tərəflərdə nə işim var axı?!”, deyə soruşan.. O isə gündüzləri dost yanında allahı rədd edib, gecələri görmədiyi birinə “bircə dəfə də olsa, o tərəflər yuxuma girsin” deyərək yalvaran..
... belə bir şeydir qadın olmaq.. yarımçıq və qarışıq..

9 комментариев:
Maraqlıdır..Xüsusən də bu hissə....
“mənim bu tərəflərdə nə işim var axı?!”, deyə soruşan.. O isə gündüzləri dost yanında allahı rədd edib, gecələri görmədiyi birinə “bircə dəfə də olsa, o tərəflər yuxuma girsin” deyərək yalvaran.. Maraqlıdır..Xüsusən də bu hissə....
".... belə bir şeydir gadın olmag.... yarımçıg və garışıg...." ƏLAAAAAAAAAA
cox bedii yazidir...oxuduqca ayrilmaq istemirsen, futbol haqqinda yazilar ise icmalcilarin sherhinden bele maraqlidir. aferin
Cox sag olun. tesekkur edirem =)
Qadın olmaq günüzlər güclü, tərs, şıltaq olmaq gecələr isə balıncını qısılıb mirvari tək göz yaşlarını axıtmaqdır. Qadın olmaq dünyaya gətirdiyi körpəsini qucaqına alarkən çəkdiyi aqrılara rəğmən sevinc göz yaşları axıtmaqdır. Qadın olmaq qəmgin əhvalda ikən həzin musiqi oxumaq, sevincli anında isə kövrəlməkdir. Qadın olmaq ...
həəə, qadın olmaq yaman şeydi ))
çətin peşəymiş..:))
həm qəliz, həm də ki vacib ))
Gözəl yazıdır. Oxumuşdum, bir daha da oxumaq istədim.
Отправить комментарий