Həmin il çox  hadisələrlə yadda qaldı. Vladimir Putin prezident seçildi; Yaxın Şərqə  “topatan” yeni kuryerin də adı açıqlandı: okeanın o tayından - “balaca”  Corc Buş. Əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan zəlzələ də  “Bakı”nı yaxınlaşdırdı. Məsələn, mən qapı qonşumu tanıdım. Üstəlik,  Bakını bir il doyuzduracaq şayiələr də buraxıldı. Dedilər ki, paytaxtın  arxitekturasını “çatladan”, Xəzərin dibində keçirilən nüvə silahı  təcrübəsidi. Beləliklə, əsrin şayiəsi də təsdiqlənmişdi. Hələ onda  Heydər Əliyev sağdı, “Əkizlər”in dağıdılmasına da bir il vardı.  Ergenekon da heç başlamamışdı…
Fikirləşəndə, göstərilən illə (red. ili yazmağı unutdum – 2000) bağlı o qədər hadisəni xatırlamaq olar ki və bir də “bııııy, hə yeeeee, yadımdadı..” cümləsini geninə-boluna istifadə etmək. Maraqlıdır, görəsən, ən azı siyasət qədər maraqlı olan, ən azı özü siyasət olan futbolda baş verən və ilin futbol qalmaqalı titulunu qazanan “o hadisə” neçəmizin yadında qalıb?
 
Futbolla uzaqdan - yaxından əlaqəsi olan hər kəs bilir ki, bəzi qrup insanlar üçün futbol adi oyundan daha artıqdır. Necə deyim, balıq susuz, prezident kürsüsüz, Akif dayı araqsız öz mənasını, mənini itirdiyi kimi, onlar da futbolsuz özünü ifadəni itirirlər. Kataloniyalılar üçün “Barsa” onların mahiyyəti idi.
Hadisələrə belə baxaq: İspaniyanın  daxilində gedən vətəndaş müharibəsi; kataloniyalılara qarşı milli  kimliklərini unutdurmaq cəhdləri - katalon dilinin istifadəsinin qadağan  edilməsi; generelissimusun onları təmsil edən “Barselona” komandasına  qarşı “Real Madrid”i yaratması.. Üstəlik, “Barsa”nın adının katalon  dilindən (“Football Club Barcelona”) təhqir əlaməti olaraq, ispan dilinə  (“Club de Football de Barcelona”) dəyişdirilməsi və kasanı daşdıran son  damla: “Çamartin qalmaqalı”. Deməli, bu “Çamartin” Kral komandasının  əvvəlki stadionunun adıymış. “Barsa” – “Real” arasında cavab oyunu  keçiriləcəkmiş. Oyundan 20 dəqiqə əvvəl “Barsa”lıların soyunub-geyinmə  otağına kim girsə yaxşıdır? – dövlət təhlükəsizliyi idarəsinin rəhbəri.  Girib deyir ki, bəs uşaqlar, “Real”ı udursunuz, udun ee, amma canınıza  da yazığınız gəlsin. Bax, elə eləməyin ki, bu sizin son oyununuz olsun.  Beləcə, “Barsa” 1:11 hesabıyla “Real Madrid”ə məğlub olur.     
Fikirləşəndə, göstərilən illə (red. ili yazmağı unutdum – 2000) bağlı o qədər hadisəni xatırlamaq olar ki və bir də “bııııy, hə yeeeee, yadımdadı..” cümləsini geninə-boluna istifadə etmək. Maraqlıdır, görəsən, ən azı siyasət qədər maraqlı olan, ən azı özü siyasət olan futbolda baş verən və ilin futbol qalmaqalı titulunu qazanan “o hadisə” neçəmizin yadında qalıb?
       Qızlar deyirdilər ki, mən özümü  oğlanlara göstərmək üçün futbola baxıram. Onlar hardan bilərdilər ki,  oğlanlara görə yox,  tərpənmədən gözümü ekrana məhz Luis Fiqoya görə  zilləyirəm. Təsəvvür edin, top ekranda sağdadır, Fiqo da solda. Əmin  olun ki, başqarışıq bütün bədənim sola çevrilirdi. O, mənim ilk əcnəbi  platonik sevgim (özlüyümdə ona sevgilim deyirdim), şərəfini qoruduğu  komandanın (“Barselona”) isə ilk əcnəbi kapitanı idi. Ağlıma gətirməzdim  ki, həvəslə baxdığım hind filmləri bir gün axırıma çıxacaq... Necə?  Məsələn, hər dəfə oyunlara baxanda xəyallar qururdum; mən Barselonaya  gedəcəm,  oyunlardan birinə bilet alacam. Böyük ekranda birdən məni  göstərəcəklər. Mən göz süzdürəcəm. Fiqo meydanda top dalınca qaçanda  təsadüfən ekrana baxacaq. Məni görəcək. Məni tapdıracaq və evlənəcəyik.  Gələcəyim Barselonasız mümkün deyildi..
        Ta ki, Luis Fiqo 37 milyon funt  strelinqə xəyallarımın şəhərinin komandasını “Kral klubu”na satana  qədər..
  Satdı, ya satıldı?
    Futbolla uzaqdan - yaxından əlaqəsi olan hər kəs bilir ki, bəzi qrup insanlar üçün futbol adi oyundan daha artıqdır. Necə deyim, balıq susuz, prezident kürsüsüz, Akif dayı araqsız öz mənasını, mənini itirdiyi kimi, onlar da futbolsuz özünü ifadəni itirirlər. Kataloniyalılar üçün “Barsa” onların mahiyyəti idi.
Hadisələrə belə baxaq: İspaniyanın  daxilində gedən vətəndaş müharibəsi; kataloniyalılara qarşı milli  kimliklərini unutdurmaq cəhdləri - katalon dilinin istifadəsinin qadağan  edilməsi; generelissimusun onları təmsil edən “Barselona” komandasına  qarşı “Real Madrid”i yaratması.. Üstəlik, “Barsa”nın adının katalon  dilindən (“Football Club Barcelona”) təhqir əlaməti olaraq, ispan dilinə  (“Club de Football de Barcelona”) dəyişdirilməsi və kasanı daşdıran son  damla: “Çamartin qalmaqalı”. Deməli, bu “Çamartin” Kral komandasının  əvvəlki stadionunun adıymış. “Barsa” – “Real” arasında cavab oyunu  keçiriləcəkmiş. Oyundan 20 dəqiqə əvvəl “Barsa”lıların soyunub-geyinmə  otağına kim girsə yaxşıdır? – dövlət təhlükəsizliyi idarəsinin rəhbəri.  Girib deyir ki, bəs uşaqlar, “Real”ı udursunuz, udun ee, amma canınıza  da yazığınız gəlsin. Bax, elə eləməyin ki, bu sizin son oyununuz olsun.  Beləcə, “Barsa” 1:11 hesabıyla “Real Madrid”ə məğlub olur.            Sözümün canı odur ki, hələ taa qədimdən  “Barsa” – “Real” arasında gizli müharibə gedib. “Barsa” isə ulduz yığını  komandasından fərqli olaraq, həmişə biz necə deyirik, namusla, şərəflə  özlərini müdafiə ediblər. “Daydaysız” komandanı yarım milyon dollar  artıq verdiyinə görə, “Real Madrid”ə dəyişməsi Fiqoya baha - başa  oturdu. Birincisi! o, məni itirdi. (13 yaşımda belə düşünürdümJ ).  İkincisi! o, satqın damğasını yedi. Üçüncüsü! o, hər dəfə oyuna çıxanda  ünvanına təhqirlər səsləndi, üstünə tüpürcəklər yağdırdılar, nə bilim,  donuz başı onun başını əvəzlədi, katalon bayrağı üzünə çırpıldı. Bir  sözlə, Rikardo Zamora Martines, Xosep Samityer Vilyalta, Şuster,  Ronaldo, Laudrup – onların sırasında artıq “satqın” Fiqo da vardı...
        Yadınızdadırsa, ən azı, o hər kəsin  önündə “Barsa”nı tərk etməyəcəyini, bu komandanı qoyub getsə, onların  gözünə baxa bilməyəcəyini demişdi. Bir gün sonra o artıq “Real Madrid”lə  müqavilə imzalayırdı... Dostlarımsa mənim yanımda ilk məhəbbətimi ələ  salırdılar – “Kişi tüpürdüyünü yalamaz. o kişi döyül!”.
           Bilmirəm, kataloniyalılar  üstündən 11  il keçsə də, Fiqonun 5 illik fəaliyyətindən sonra verdiyi bu qərarı  unuda bildilər, ya yox. Azarkeşlər isə, deyəsən, hər şeyi unutmuşdular.  100 ən yaxşı futbolçu siyahısına adını yazdıran, dəfələrlə İtaliya,  İspaniya və Portuqaliyada ilin futbolçusu olan, Avropanın ən yaxşı  futbolçusu ünvanını qazanan Fiqo 2009-cu ildə son oyununu oynadı.  “İnter” və “Atlanta” arasında keçirilən oyunun 42-ci dəqiqəsində kapitan  Fiqo əvəzləndi. Oyun bir neçə dəqiqəlik dayandırıldı. Rəqib komandanın  oyunçuları bir cərgədə dayanıb onu alqışlarla meydandan yola saldılar..
         11 il əvvəl olduğu kimi mənim gözüm bu  dəfə də ekranın sağdaydı. Ehtiyat oyunçular skamyasında əyləşən Fiqoda.  O, məyusdu, bir az da kədərli.. oyunun sonuna qədər də gözümü ekranın  sağ tərəfindən çəkmədim. Elə istəyirdim ki, orada olum. Birdən böyük  ekranda məni göstərsinlər. Mən də əlimdə plakat tutum: “Fiqo, səni  meydanda sevirəm”. O da bunu görsün, arvadını, uşağını atıb mənlə  evlənsin. Demişdim axı, hind filmləri nə vaxtsa axırıma çıxacaq... ya  da... Bilirsiniz, çox əvəzləmələr ola bilər - tək 42-ci yox, həyatımızın  istənilən dəqiqəsində. Amma əvəzlənməyən bir şey var – o da ilk  məhəbbətdir... o da Fiqodur!
P.S. 6 yaşına kimi Luis  Fiqo gəzə bilmirmiş. Amma bu onun futbol oynamasına mane olmadı...
http://premyerliqa.az/?goal=articles&id=32
müəllif: Nərmin Nöqtə
müəllif: Nərmin Nöqtə

7 комментариев:
Fiqu Bakıya gələndə getmişdinizmi?
wow.mən də elə bildim belə platonik sevgi bir məndədi.)yo qorxmuyun menim fiquyla bir isim yox.indinin ozude sevgilim olan Zidan`dı...yazılarınızı oxuyanda darıxmaq,axrı görən nə vaxt olcaq kimi sözlərin olduğu belə ağlıma gəlmir.bunları mən deməmiş də bilirsiz,amma hər halda təşəkkür)..
Hemin il men de onu sevirdim)amma men onu "Real"dan tanimisdim.Komandasini terk etdiyine göre bu qeder tehqir olundugunu bilmirdim:)
daha çox azərbaycanlılara bizim millətə oxşuyur e hə nərmin? =) bunu deyən çox adamla raslaşmışam )
Çox ağ ol, Nigar =)
Həə, Elnur - çox oxşayır =)) yəqin elə ona görədir ki, qanım belə çəkib onu ))
Anonim xanım, ya bəy - bilmirən necə müraciət edim =) bəlkə mən qadınam deyə, belə bir az hay-küy salmışam yazıda =)) mən bildiyim qədər belə hay-küy yaranmışdı o klubu dəyişəndə.
Отправить комментарий